6 Oktyabr, 2015
Avtomobil kanala aşıb

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. “Niva” markalı avtomobil Şorsu kanalına düşüb. Simsaraz bildirir ki, Bərdə rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, sürücüsü və sərnişinlərindən birinin adı hələlik istintaqa məlum olmayan şəxsin idarə etdiyi 10- SB- 417 dövlət nömrə nişanlı niva avtomobili sürücünün içkili olması səbəbindən kanala aşıb.

Qəza nəticəsində sürücü və adı hələlik istintaqla müəyyən edilməyən sərnişin ərazidən qaçıb. Maşında olan digər iki sərnişin- Bərdə rayon Qarağacı kənd sakini 1974-cü il təvəllüdlü Fərahim Hafiz oğlu Abdulllayev və Yevlax şəhəri İlqar Dəmirçiyev küçəsində yaşayan Emil Məhəmməd oğlu İsmayılov ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan hər iki yaralının vəziyyətinin orta ağır olduğunu bildirdilər. Qəzadan sonra hadisə yerinə dərhal Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin xilasetmə qrupu cəlb edilib və avtomobil kanaldan çıxarılıb.

Hadisəyə ilkin ehtimal sürücünün və sərnişinlərin içkili olması göstərilir. Hadisə yerini tərk edən sürücünün və sərnişinin tapılması istiqamətində Bərdə rayon Polis İdarəsində araşdırma aparılır. Ötən gün isə Göygöl rayonunda avtomobil çaya aşmışdı. Göygöl rayonu Mollacəlil kənd sakini 34 yaşlı Xanlar Nəsibovun idarə etdiyi “VAZ 2109” markalı minik avtomobili yolda hərəkət vəziyyətində olarkən qəfildən Gəncə çayına aşmışdı. Qəza zamanı sürücü və onun həmkəndliləri 34 yaşlı PərvizTeymurov ilə 35 yaşlı Rəşadət Nəsibov hadisə yerində dünyalarını dəyişiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!