5 Oktyabr, 2015
Emin Musəvi "Asan FM" - in rəhbəri oldu

Bu barədə Emin Musəvi sosial şəbəkədə özü bildiririb. "Aldığım təklifə böyük məmnuniyyətlə razılıq verdim. Beləliklə, bundan sonra “ASAN FM” radiosunun rəhbəri vəzifəsində çalışacam.

Hazırda texniki məsələlər üzərində iş gedir. “ASAN xidmət”- in öz fəaliyyətində rəhbər tutduğu şəffaflıq prinsipinə qoşularaq vurğulamaq istəyirəm ki, “ASAN FM”-də çalışacaq peşəkar və gənc kadrlar öz bilik və bacarıqlarına uyğun seçiləcəklər. Əminəm ki, “ASAN xidmət” kimi “ASAN FM” də qısa müddət ərzində xalqımızın rəğbətini qazanacaq və sevilən radioya çevriləcək".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!