5 Oktyabr, 2015
Samirə Allahverdi “Çarəsizəm” -dedi - (FOTO)

Azərbaycanlı müğənni Samirə Allahverdi “Çarəsizəm” mahnısına yeni klip çəkdirir. Trend-in məlumatına görə, kompozisiyanın musiqisi Rüstəm Qədirova, sözləri isə Nurlan Cəfərova məxsusdur. Klip ukraynalı rejissor Artyom Titeyev və “Nərimanfilm” kino şirkəti tərəfindən çəkilir.

Samirə klipdə modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın geyimlərindən istifadə edib. Çəkilişlər Pirallahı adası, Masazır gölü, Qala etnoqrafik qoruğu, Şamaxı şəhəri və digər maraqlı yerlərdə aparılır.

Simsar.az

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!