18 May, 2011
ŞOK! Ermənilər Lənkərana gəlir

Andronik, Xaçaturov və "Mika"nın oyunçusu cənub şəhərində oynayacaq

Mayın 31-də Lənkəran şəhər Mərkəzi stadionunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Fanat.az xəbər verir ki, artıq Moldova yığmasının heyəti açıqlanıb.
Moldova yığmasının baş məşqçisi Sergey Kirillov ölkəmizə 18 futbolçu gətirəcək. Onlardan 3-ü erməni soyadı daşıyır. Belə ki, Kirillov Ermənistanın "Mika" klubunda forma geyinən Konstantin Mandriçenko, İsveçrənin "Varnamo" komandasının oyunçusu George Andronik və Moldova "Şerif"inin futbolçusu Artem Xaçaturov Lənkərana gələcəklər.

Qapıçılar: Viktor Dimov (Akademiya UTM), Denis Rusu (Rapid).
Müdafiəçilər: Aleksandr Skripçenko, Vadim Kostandaki (ikisi də "Şerif"), Aleksandr Leu, Yon Yardan (ikisi də "Rapid"). Maksim Hovançi (Olimpiya), Sergey Dyulger (Tiraspol).
Yarımmüdafiəçilər: Sandu Ojoq (Amposta/İspaniya), Konstantin Mandriçenko (Mika/Ermənistan), George Andronik (Varnamo/İsveçrə), Artem Xaçaturov (Şerif), Mihay Platika (Sfintul), George Nikoloqlo (Tiraspolğ), Mixail Paseçnyuk (Olimpiya), Radu Ginsari (Akademiya).
Hücumçular: Dumitru Vorsinel (Tiraspol), Tudor Starçuk (Rapid).

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!