5 Oktyabr, 2015
Bu yol bağlıdır - DİQQƏT!

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Mikayıl Müşfiq küçəsinin İsmayıl Qutqaşınlı küçəsi ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb. Sürücülər alternativ olaraq İnşaatçılar prospektindən istifadə etmələri tövsiyə olunur.

Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!