23 Sentyabr, 2015
Əflatun Amaşovun namizədliyi qeydə alındı

Azərbaycan Mətbuat Şurasının sədri, əməkdar jurnalist Əflatun Amaşovun deputatlığa namizədliyi qeydə alınıb.Simsar.az -ın məlumatına görə, Ə.Amaşov 62 saylı Saatlı seçki dairəsindən namizəd olub. Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası həmin seçki dairəsindən Nazim Rəşidovun namizədliyini irəli sürüb.

Əflatun Amaşov 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olub.

1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri olub. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.

2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

V çağırış Milli Məclisə seçkilər bu ilin noyabrın 1-də keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!