10 Sentyabr, 2015
"Xeyirxah əməli insanın özünün yayması yaxşı deyil" - HACI ŞAHİN

Son günlər bir qrup dindarlar uşaq evlərini ziyarət ediblər.  Ziyarətlərinin sosial şəbəkələrdə reklam olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, görüşdən olan şəkillər “Dindarlar uşaq evini ziyarət etdilər” reklam xarakterli başlıqla sosial şəbəkələrdə paylaşıldıqdan sonra qınaq obyektinə çevriliblər. Şəkillərdə görünən Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənli ilə bu məsələyə aydınlıq gətirməyə çalışdıq.  Simsar.az -a danışan Hacı Şahin ilk olaraq “etdiyi xeyir əməli insanın özü yayması yaxşı deyil” –deyə bildirdi. “Ancaq kimsə başqası bir insanın xeyirxah əməlini yayırsa bu normaldır. Bəzən isə başqalarını da xeyir işə təşviq etmək üçün əməli təbliğ etmək məqsədəuyğundur”.

Quranda gizlində infaq edənlərlə yanaşı aşkarda infaq edənlərdən də deyildiyini söyləyən Hacı Şahin əsas bu məsələdə niyyətin önəmli olduğunu vürğulayıb. “Əsas niyyət özünü göstərmək olmasın.  Niyyət işin təbliği olmalıdır, özünün yox” – deyə Hacı Şahin bildirib.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!