8 Sentyabr, 2015
Aydın Mirzəzadə: "Qəlbimdə onun ifası idi"..

“Azərbaycan Respublikasının Xalq Artisti, ifa sənətimizin zirvələrindən biri istedadlı kaman ustası Habil müəllim Əliyevin dünyasını dəyişməsi xəbərinə çox pis oldum”.

 

 

Simsar.az xəbər verir ki, bu sözləri sənətçinin ölümü haqda xəbər yayıldıqdan bir qədər sonra  millət vəkili Aydın Mirzəzadə özünün Facebook səhifəsində paylaşıb. “Səhnəmizin Böyük Ustadı, xalqımızın dəyərli bir Oğlu, dövrünün çox dəyərli Simalarından biri bizləri tərk etdi. Habilin kamanı susdu. Biz onunla tanış idik, tez-tez zəngləşirdik, çox gözəl insan idi. Danışığında bir optimizim, həyat eşqi, incə bir yumor olurdu. Bu il Novruz bayramını keçirməyə evlərinə dəvət etdi, gedə bilmədim, indi peşimançılığını çəkirəm.Uşaqlıqdan onun pərəstişkarı idim, hər ifasın nəfəsimi dərin qulaq asırdım. Çox arzulayırdım ki, toyumda o çalaydı. Toy ərəfəsi fikirləşdim ki, onu dəvət etməyə maddi imkanımız çatmır, toyu palatkada, şəhərimizin musiqi qrupu ilə keçirdik, ancaq qəlbimdə onun ifası idi.Bunu bir dəfə Habil müəllimə danışdım. Xeyli susub dedi:Aydın, bu sözün məni yaman tutdu. Gərək o vaxt gəlib məni tapaydın, səni tanımasam da, toyuna gedərdim, niyə arzunun dalınca Bakıya gəlmədin? Dedim ki, bütün toy boyu qəlbimdə sizin ifanızı eşidirdim.

Habil müəllim daima qəlbimizdə olacaq, ifası isə tarix durduqca səslənəcək.

Allah rəhmət eləsin!”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!