8 Sentyabr, 2015
Ermənistan əsgəri intihar edib

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində xidmət edən 19 yaşlı erməni əsgəri Narek Arutyunyan intihar edib Bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, işğalçı əsgər çənə nahiyyəsindən aldığı güllə yarasından ölüb. Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin özünü öldürə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

Ermənistandakı hüququ müdafiəçiləri bildirib ki, dövlət orqanları ordudakı intihar hadisələrini gizlədir və məhkəmələr bir qayda olaraq, hərbi prokurorluğun versiyasını dəstəkləyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!