29 Avqust, 2015
Hava kəskin dəyişəcək - PROQNOZ

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Simsar.az - a bildirilib ki, avqustun 31-i gündüz şimal və qərb rayonlarından başlayaraq sentyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperatur sentyabrın 1-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!