26 Avqust, 2015
Obama üzr istədi

ABŞ prezidenti Baraka Obama ölkəsinin xüsusi xidmət orqanlarının Yaponiya siyasətçilərini izləməsi ilə bağlı yaranan qalmaqala görə üzr istəyib. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, “Wikileaks”in açıqldığı son məlumatlarda bir çox yapon siyasətçisi, o cümlədən baş nazir Sintze Abenin amerikalıların nəzarəti altında olduğu bildirilirdi.

“Prezident Obama dedi ki, o çox təəssüflənir... xüsusən bu hadisənin Yaponiyada böyük rezonans doğurmasına görə”-deyə Sintze Abe mətbuata açıqlamasında deyib. O, ABŞ prezidentinin telefon danışığı zamanı ondan üzr istədiyin də diqqətə çatdırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!