22 Avqust, 2015
Xorvat azarkeşlər Bakıya buraxılmayacaq

Xorvatiya Futbol İttifaqı azarkeşlərin səfər matçlarında iştirakını təşkil etməkdən imtina edib.

Axar.az-ın məlumatına görə, xorvat azarkeşlər Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda, sentyabrın 6-da Norveç və oktyabrın 13-də Maltada keçiriləcək matçlarda iştirak etməyəcək.

Bu qərar UEFA-nın tələbinə görə verilib. UEFA Split şəhərində keçirilən İtaliya ilə matçda xorvat azarkeşlərin irqçi şüarlarına görə Xorvatiya Futbol Federasiyasına son dəfə xəbərdarlıq etmişdi. Bir də bu cür hallara yol verilərsə, Xorvatiya yığması ümumiyyətlə Avropa çempionatından kənarlaşdırılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!