20 Avqust, 2015
Vidadi Babanlının ayağı sınıb

Yazıçı Vidadi Babanlının ayağı sınıb. Bu barədə APA-ya yazıçının özü məlumat verib. V. Babanlı hazırda yataq şəraitində müalicə aldığını bildirib: “Zaqatalaya istirahətə gəlmişdim, yıxılıb ayağımı sındırdım. İndi yataqdayam, gecələr möhkəm ağrılarım olur. Belə görürəm ki, sınığın bitişməyi uzun çəkəcək”.

V. Babanlı əlavə edib ki, müalicəsi hazırda ev şəraitində davam edir: “Hər şey həkimlərin məsləhətindən asılıdır. Bakıya getməyim hələlik mümkün deyil. Gərək tam sağalam ki, ayağa durmağım mümkün olsun, yoxsa fəsadı çox olar”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!