19 Avqust, 2015
Mikayıl Cabbarov Sumqayıtda qəbul keçirəcək

Təhsil Nazirliyinin mətbuat xidmətindən Simsar.az -a verilən xəbərə görə, 24 avqust saat 10-da Sumqayıt şəhərindəki Tarix Muzeyində keçiriləcək görüşdə Sumqayıt şəhərində və Abşeron rayonunda yaşayan, həmçinin Qubadlı və Zəngilan rayonlarından olan vətəndaşlar iştirak edə biləcək.

 

Qəbula gəlmək istəyən vətəndaşlar 19, 20 və 21 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və yahttp://edu.gov.az/az/contacts/request  elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçməlidirlər.

 

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!