18 May, 2011
Türklər də Azərbaycan bayrağı ilə səhnəyə çıxdı

Mayın 17-də İstanbulda 17-ci Kral TV Musiqi Mükafatının təqdimatı keçirilib.

Simsar.az-ın yədbirdə iştirak edən əməkdaşının məlumatına görə, tədbirə çoxsaylı məşhur sənətçi, tanınmış sima qatılıb. Türkiyəli gənc müğənni Faruk Ka mərasimə Azərbaycan bayrağı ilə gəlib. Müğənni Lent.az-a bunun səbəbini açıqlayıb. Faruk Ka deyib ki, onun tədbirə Azərbaycan bayrağı ilə gəlməsinin məqsədi Türkiyə bayrağı ilə səhnəyə çıxan “Eurovision 2011”in qalibi, həmyerlimiz Nigar Camala təşəkkür etməkdir.

Qeyd edək ki, gecənin ən çox mükafat alan sənətçisi Tarkan olub. Müğənni mərasimdən sonra səhnəyə çıxaraq, sevilən mahnılarını ifa edib.
Onu da qeyd edək ki, əvvəlcədən mərasimdə hazırda Almaniyada müalicə olunan sənətçi İbrahim Tatlısəslə telefon bağlantısı qurulacağı elan olunsa da, bu, baş tutmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!