17 Avqust, 2015
İlhamə Quliyeva doğum gününü İsveçrədə qeyd edir

Bu gün xalq artisti İlhamə Quliyevanın doğum günüdür. O, 1943-il 17 avqustda Bakı şəhərində dünyaya gəlib. Müğənninin 72 yaşı tamam olur.

Doğum günü ilə bağlı Axar.az-a danışan xalq artisti hazırda İsveçrədə istirahət etdiyini deyib:

“Hazırda çox uzaqlarda – İsveçrədəyəm. Bu ölkəyə konsert üçün yox, istirahət etmək üçün gəlmişəm, dincəlirəm. Ad günümü burada çox təmtəraqlı qeyd edirəm. Azərbaycana qayıdanda orada da ad günü keçirəcəyəm. İnşallah, sentyabr ayında qayıtmağı düşünürəm, 72 yaşımı vətənimdə də qeyd edəcəyəm

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!