4 Avqust, 2015
"Bunu bir insanın adından qazanc məqsədilə istifadə kimi qiymətləndirirəm” - Hacı Şahin

Bu il ibtidai sinif şagirdləri üçün hazırlanan çantaların üzərindəki yazılar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.Hətta bəzi çantaların üzərində “I love Hacı Şahin” sözləri də yazılıb. Bununla bağlı Hacı Şahin Həsənli faktxeber.com-a danışıb. İlahiyyatçı bunu kimin, nə məqsədlə etdiyindən xəbəri olmadığını deyib: “Mən də sosial şəbəkələrdən öyrənmişəm. Ona görə bunu kimin təşkil etdiyi, nə şəkildə olduğu barədə hər hansı fikir söyləməkdə çətinlik çəkirəm. Təbii ki, xəbərim olsaydı mən buna razı olmazdım. Ümumiyyətlə, məktəbli çantalarının üzərinə şəxslərin adlarının yazılması, fikrimcə, düzgün deyil və heç bir anlamı yoxdur. Bunu bir insanın adından qazanc məqsədilə istifadə kimi qiymətləndirirəm” - deyə Hacı Şahin bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!