3 Avqust, 2015
Abid Şərifov: "Yanan binanın təmiri məsələsində maliyyə problemi yoxdur"

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yanğın baş verən 16 mərtəbəli binanın sakinləri mənzillərinə sentyabrın 15-dək köçürüləcək. Bunu Report -a açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib.O deyib ki, hazırda binada təmir işləri davam edir: "Orada görüləsi çox iş var. Çətinlik ondan ibarətdir ki, bina hündürmərtəbəlidir. Hər iş əllə görülür. Lakin məsələ ilə bağlı heç bir problem, o cümlədən maliyyə problemi də yoxdur".

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!