3 Avqust, 2015
Dollar düşdü

Simsar.az -ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1488-dən 1.1524-ə qalxıb.

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində ötən həftədəki nisbi sabitlikdən sonra uzuclaşma qeydə alınıb. Dollar 1.0495-dən 1.0493-ə düşüb.

Rus rublunun məzənnəsində düşüş qeydə alınıb. Rubl 0.0179-dan 0.0176-ya kimi düşüb.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə “sıfırların silinməsi” də deyilir) həyata keçirilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!