30 İyul, 2015
İlahiyyatçı Taleh Bağırov azadlığa buraxılıb
İlahiyyatçı Taleh Bağırov azadlığa buraxılıb. Simsar.az -ın məlumatına görə, 2013-cü ildə həbs edilən T. Bağırov cəza müddəti başa çatdığı üçün ötən gecə həbsdən azad edilib.
Qeyd edək ki, T. Bağırov 2013-cü ildə həbs edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə T. Bağırov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!