27 İyul, 2015
SOS: Azərbaycanda cinayətkar uşaqların sayı artıb

Azərbaycanda cinayət törətmiş şəxslərin ümumi sayında qəsdən sağlamlığa ağır zərərvurma və soyğunçuluq növləri üzrə cinayət törədən 14-18 yaşlı uşaqların xüsusi çəkisi artıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2012-ci ildə cinayət törətmiş şəxslərin ümumi sayında qəsdən sağlamlığa ağır zərərvurma növü üzrə cinayət törədən 14-18 yaşlı uşaqların xüsusi çəkisi 8 faiz, 2013-cü ildə 9 faiz, 2014-cü ildə isə 13,7 faiz olub. Cinayət törətmiş şəxslərin ümumi sayında soyğunçuluq növü üzrə cinayət törədən 14-18 yaşlı uşaqların xüsusi çəkisi 2012-ci ildə 5,4 faiz, 2013-cü ildə 8,6 faiz, 2014-cü ildə isə 12,3 faiz olub.Bu yaşda olan uşaqlar arasında narkotik maddələrlə bağlı cinayətlər isə tamamilə azalaraq sıfır faiz səviyyəsinə enib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!