24 İyul, 2015
Türkiyə Hərbi Hava Qüvvələri İŞİD-ın mövqelərini bombalayıb

Türkiyənin Hərbi Hava Qüvvələrinin 4 ədəd F16 hərbi təyyarəsi Suriya ilə sərhəddə "İslam dövləti"-nin mövqelərini bombalayıb. Bu barədə Simsar.az  "TRT Haber" telekanalına istinadən xəbər verir.

Bir müddət əvvəl Suriya sərhədindən açılan atəş nəticəsində 1 türkiyəli hərbçi ölmüş, daha ikisi isə yaralanmışdı.

Türkiyə hərbçilərinə atəş "İslam dövləti"nin nəzarəti altında olan Suriya ərazisindən açılmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!