23 İyul, 2015
Yer kürəsinə bənzər planet - NASA-nın yeni kəşfi

ABŞ Milli Aerokosmik Agentliyi (NASA) Günəş sistemində Yer kürəsinə oxşar yeni bir planetin kəşfi ilə bağlı bəyanatla çıxış edib. Simsar.az -ın “azərtac”-a istinadən məlumatına görə, bu yeniliyi agentliyə 2009-cu ildən bəri kosmosda digər həyatın mövcudluğunu araşdıran “Keppler” səma teleskopu ötürüb.

Mətbuat konfransı zamanı xəbər barədə məlumat verən NASA alimləri hələ ki, kəşfə dair heç bir dəlil göstərməyiblər. İstənilən halda, ekspertlər Yer kürəsinin oxşarının mövcudluğuna əmindirlər. Brifinqdə bildirilib ki, Aerokosmik Agentlik insanlığın min illərlə xəyal etdiyi və həyatın olduğu yeni bir kəşfin astanasındadır.

Alimlər Yer kürəsindən 500 işıq ili aralı məsafədə yerləşən sözügedən planetə xüsusi hazırlanmış sputnik vasitəsilə çatmağı planlaşdırırlar. Hazırda NASA astronomları yeni kəşfə dair ətraflı tədqiqat aparırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!