23 İyul, 2015
Çində daşqın olub

1 milyondan artıq xəsarət alan var

Güclü leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində Xunan (Mərkəzi Çin), Fuszyan (Şərqi Çin) və Quandun (Cənubi Çin) vilayətlərində 4 nəfər ölüb, daha 5 nəfər itkin düşüb.

Simsar.az -ın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, Mərkəzi Çin televiziyası xəbər verir ki, təbii fəlakət nəticəsində ümumilikdə 917,2 min insan xəsarət alıb, 151,4 min nəfər isə təxliyə edilib.

Daşqınlar 3,2 min evin dağılmasına səbəb olub, 19,8 min hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.

Yerli hakimiyyət orqanları torpaq sürüşməsi, həmçinin torpaq və su anbarlarındakı bəndlərin dağılma təhlükəsi barədə xəbərdarlıq edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!