23 İyul, 2015
TQDK-XƏBƏRDARLIQ: “Builki keçid balları hələ məlum deyil”

Qəbul imtahanlarından sonra hər bir abituriyent toplayacağı balla ali məktəbə daxil olub-olmayacağı ilə maraqlanır və bu zaman Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əvvəlki illər üçün müəyyənləşdirdiyi keçid ballarına istinad edir. Simsar az Modern.az saytına istinadən xəbər verir ki, TQDK bununla bağlı verilən çoxsaylı suallara aydınlıq gətirib.

Komissiya abituriyentlərin suallarına cavab olaraq bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil.

Abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün TQDK tərəfindən əvvəlki illərin keçid balları dərc olunur.

“Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər”-deyə TQDK bəyan edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!