23 İyul, 2015
Kolleclərə qəbul olunanların qeydiyyatı başlayıb

Kolleclərə qəbul olmuş abituriyentlərin qeydiyyatı başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Simsar.az-a verilən məlumata görə, ümumi ( 9-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2015-ci il iyulun 23-dən 31-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz kollecdən əldə edə bilərlər.

TQDK xəbərdarlıq edib ki, abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!