23 İyul, 2015
"Ac həriflər" Dərbənddə

Dərbənd Azərbaycan Dövlət Dram Teatrında Əbdürrərim bəy Haqverdiyevin "Ac Həriflər" tamaşasının premyerası olub. Bu barədə Dərbənd Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Er-toğrul Kamalov məlumat verib.Tamaşa keçmiş zamanla müasir dövrün oxşarlıq və fərqliliklərini əks etdirir.

Yeni tamaşada Dərbənd Azərbaycan Dövlət Dram Teatrının aktyor heyəti iştirak edir.

Tamaşanın quruluşçu rejissoru Ər-toğrul Kamalov, quruluşçu rəssamı, teatrın baş rəssamı Naidə Alimətova, rejissor köməkçisi Mədinə Hacıağayeva, musiqi tərtibatı, Dağıstanın əməkdar artisti Sevda Bəybalayevaya məxsusdur.

Xatırladaq ki, Ər-toğrul Kamalov YUĞ Dövlət Teatrının aktyoru və rejissoru kimi çalışıb. Hazırda Dərbənd Azərbaycan Dövlət Dram Teatrının baş rejissorudur.

Report

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!