23 İyul, 2015
Qarabağa köçən boşboğaz rus milyarder: "Azərbaycanlılar qorxurlar"

Dağlıq Qarabağa köçməklə beynəlxalq qalmaqala səbəb olan rusiyalı milyarder German Sterliqov növbəti dəfə antiazərbaycan xarakterli açıqlama verib.

Simsar.az Modern.az -a istinadən xəbər verir ki, Sterliqov sosial şəbəkələrdən birindəki şəxsi səhifəsində Azərbaycan Baş Prokurorluğunun ona qarşı 2 maddə üzrə cinayət işi açmasına reaksiya verib. “Baxın, mənə qarşı daha 2 cinayət işi açılıb. Halbuki mən azərbaycanlılar, ermənilər və rusdlardan təşkil olunmuş sülh müzakirələri təklif edirdim. Deməli tarixi sənədlər əsasında Dağlıq Qarabağın kimə məxsus olması ilə bağlı açıq diskussiyalardan qorxurlar. Ermənilər açıq müzakirədən qorxmurlar, ruslar da qorxmurlar. Bu məsələdə yalnız azərbaycanlılarda təşviş və qorxu görünür. Görəsən bu nə deməkdir?” İyulun əvvəllərində qəfildən Qarabağda peyda olan German Sterliqov buranı Ermənistanın əzəli əraziləri elan edərək işğal olunmuş Azərbaycan torpaqlarında kənd təsərrüfatı ilə məşğul olacağını elan etmişdi. Rusuiya mətbuatına çoxsaylı müsahibələrində o, həmvətənlərini kütləvi şəkildə Qarabağa yaşamağa çağırmışdı. Xatırladaq ki, ötən gün Azəırbaycan Baş Prokurorluğu German Sterliqova qarşı cinayət məcəlləsinin 281 və 318 maddələri ilə cinayət işi açıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!