23 İyul, 2015
Azərbaycan nefti bahalaşdı

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,14 dollar yaxud 0,24% bahalaşıb. Simsar.az  "Report"a istinadən bildiri ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. Hazırda “Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 58,68 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 58,88, dünən isə 58,54 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!