23 İyul, 2015
Türkiyədədki Karaca mağarasına turistlərin diqqəti artıb

Türkiyənin Gümüşhane vilayətinin Torul qəsəbəsindəki məşhur Karaca mağarasını xeyli sayda turist ziyarət edib.Simsar.az- ın  Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Ramazan bayramı günlərində mağaranı ziyarət edən yerli və xarici turistlərin sayı 4 mini ötüb. Beləliklə, il ərzində buranı ziyarət edən turistlərin sayı 22 min nəfərə çatıb. Mağaranı ziyarət edən hər 4 nəfərdən biri xarici ölkə vətəndaşları olub.

Bu yeri ziyarət etməyə gələn xaricilər arasında ərəb ölkələrindən olan turistlər üstünlük təşkil edirlər. Buna görə də turistlərin məlumatlandırılması üçün ərəb və ingilis dillərini bilən tərçüməçilərdən istifadə olunur. Ümumiyyətlə, keçən illə müqayisədə bu il Şərqi Qara dəniz bölgəsinə gələn turistlərin sayı artıb. Aprelin 15-də ziyarətə açılan mağaranı noyabrın 15-dək görmək mümkün olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!