23 İyul, 2015
Ceyms Uorlik: "Qarabağın sülh yolu ilə həlli mümkündür"

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistan və Azərbaycan tərəfini münaqişənin sülh yolu ilə nizamlanması üçün hazır olmağa və əzm göstərməyə çağırıb. Simsar.az-ın məlumatına görə, o, “Twitter” səhifəsində növbəti dəfə bu barədə yazıb.

ABŞ-dan olan həmsədr belə deyib: "Tərəflər hazır olarsa və əzm göstərərsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün ola bilər."

C.Uorlik bu gün Bakıda Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparmaq üçün Azərbaycan prezidenti İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüşəcəyini də bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!