22 İyul, 2015
18 yaşlı gəncin meyiti su anbarından tapıldı

Simsar.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, dünən axşam saatlarında su anbarında batan gəncin meyiti bu gün səhər tapılıb. Şəmkir rayonunda su anbarında 1997-ci il təvəllüdlü Vəliyev Əli İlqar oğlu batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Ə.Vəliyevin cəsədi batdığı yerdən, tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!