17 İyul, 2015
"Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə endirilib

Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi öncəsi səpələnmiş və səpələnməmişlər qrupundakı komandalar qruplara bölünüb. Simsar.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ" Monteneqro "Rudar"ını keçə bilsə, 5 komandadan biri ilə qarşılaşacaq.

Bunlar "Bazel" (İsveçrə), "Trençin" (Slovakiya) "Styaua" (Buxarest, Rumıniya) cütünün qalibi, "Seltic" (Şotlandiya) / "Styarnan" (İslandiya) cütünün qalibi, "Ludoqorets" (Bolqarıstan) - "Milsami" (Moldova) cütünün qalibi və "Maribor" (Sloveniya) - "Astana" (Qazaxıstan) cütünün qalibidir.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!