18 May, 2011
Andrey Kaproviç sıradan çıxdı

Qazaxıstan millimizə qarşı kapitansız oynayacaq

AVRO-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstan yığması ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, rəqib komandanın kapitan Andrey Kaproviç zədəlib.
Astana "Lokomotiv"inin futbolçusu son məşqdə dizindən ağır zədə alıb. Müayinə zamanı məlim olub ki, Kaproviçin cərrahiyyə əməliyyatına ehtiyacı var.
30 yaşlı futbolçu buna görə Moskvaya yollanıb. O, bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq və iyunun 3-də keçiriləcək Qazaxıstan - Azərbaycan oyununda iştirak etməyəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!