1 İyun, 2015
Sabiq futbolçunun oğlu çayda boğuldu

Araz çayının İmişli rayonu, Məzrəli kəndi ərazisindən keçən hissəsində batan iki nəfərdən birinin kimliyi müəyyənləşib.

Simsar.az report.az-a istinadən xəbər verir ki, batan şəxslərdən biri "Qarabağ" futbol klubunun sabiq futbolçusu Gülağa Əhməd oğlu Məmmədovun oğlu Anar Məmmədovdur.

Hadisə dünən baş verib. A.Məmmədov qaynı ilə birgə balıq tutmağa gedib. Bir neçə saat sonra onların avtomobili qohumları tərəfindən sahibsiz aşkarlanıb.

Ərazidə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar aparılır.

Qeyd edək ki, Gülağa Məmmədov uzun müddət "Qarabağ" klubunda çıxış edib və 1993-cü ildə komandada adminstrator kimi çalışıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!