1 İyun, 2015
Tofiq Yaqublu bu gün qızının qırx mərasiminə buraxılacaq?

İyunun 1-də saat 13:00-da Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublunun qızı, mərhum əməkdaşımız Nərgiz Yaqublunun qırx mərasimi keçiriləcək. Atasının qızının yas mərasimində iştirak etməyi üçün Penitensiar Xidmətə müraciət olunub.

Simsar.az xəbər verir ki, bu barədə müsavat.com-a Tofiq Yaqublunun vəkili Nemət Kərimli məlumat verdi: “Məktubla Penitensiar Xidmətə müraciət etdim. Tofiq bəyin qızının yasında iştirak etmək üçün bir-iki günlük azadlığa buraxılması ilə bağlı. Hələ də bir cavab deyilməyib. Çox güman ki, iyunun 1-də məlum olacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!