1 İyun, 2015
Yayın ilk günü iki nəfər Araz da batdı

Araz çayında iki nəfər batıb. Simsar.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, iki şəxsin Araz çayının İmişli rayonu Məzrəli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunur.

Bu barədə ərazidə yaşayanlar FHN-nin xilasedicilərinə bildiriblər.

Məlumat daxil olan kimi nazirliyin dalğıc-xilasediciləri tərəfindən həmin şəxslərin axtarışlarına başlanılıb.

Axtarışlara digər ərazilərdəki xilasedici qüvvələri də qoşulublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!