30 May, 2015
Azərbaycanda 17 yaşlı qız özünü zəhərləyib öldürdü

Ötən gün Cəlilabad rayonunda 17 yaşlı qız özünü öldürüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Kövüzbulaq kəndində qeydə alınıb.

Kənd sakini 1988-ci il təvəllüdlü Aynur Rafiq qızı Əhmədova zəhərli maddə içib.

Qızı yaxınları huşsuz halda tapıblar. Gənc qızı dərhal xəstəxanaya aparılıb.
Həkimlərin səyinə baxmayaraq Aynur Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!