30 May, 2015
Şəmkirli gənclərdən aksiya

Dövlət Gənclər Siyasətinin uğurla həyata keçirildiyi dönəmdə Şəmkir rayonunda gənclərə göstərilən diqqət və qayğı tibb sahəsindədə öz əksini tapıb.

Simsar.az-a daxil olan məlumata görə, 2015-ci ilin ilk günlərində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun təşəbbüsü ilə Şəmkir Gənc Həkimlər Birliyinin yaradılması buna nümunədir. Birliyin yaradılmasında əsas məqsəd gənc həkimlərin rayonun ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirakını təmin etməkdir.

Belə ki, yarandığı qısa müddət ərzində Şəmkir Gənc Həkimlər Birliyi rayonun ucqar qəsəbə və kəndlərində vətəndaşlarla səyyari görüşlər keçirmiş, onların tibb sahəsində maarifləndirilməsi istiqamətində geniş işlər görmüş, əhalinin pulsuz tibbi müayinəsini aparmışlar. Bununla yanaşı, orta məktəblərdə şagirdlər arasında “Narkomaniyaya yox deyək” adlı layihə, kimsəsiz və aztəminatlı ailələrə dəstək məqsədi ilə pulsuz sünnət aksiyası həyata keçiriblər.

Şəmkir Gənc Həkimlər Birliyinin üzvləri yaradılmış bu şəraitə görə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova və rayon rəhbərliyinə daim öz minnətdarlığını bildirməkdədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!