29 May, 2015
Otellərə hücum: 10 ölü

İraqın paytaxtı Bağdadda iki hotelə bombalı hücum təşkil edilib.

Simsar.az-ın məlumatına görə, 5 ulduzlu “Babil” və “Kristal” hotellərinə gecə yarısında ard-arda partlayış baş verib.  İlk partlayış Dəclə çayının kənarında olan və son zamanlarda yenilənən “Babil” hotelin avtoparkında meydana gəlib.

İkinci hücum isə bir neçə dəqiqə sonra “Kristal” hotelə təşkil edilib. Hadisə yerinə çox sayda təcili yardım və xilasetmə qrupu sövq edilib.

Hücumlarda ən az 10 nəfər ölüb, xeyli insan yaralanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!