18 May, 2011
Sədərək bazarında kütləvi dava

Mayın 17-də saat 22.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki “Sədərək” ticarət mərkəzində kütləvi dava olub. 

Qaradağ rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, Xəzər rayonu Binə qəsəbəsi, Südçülük yaşayış massivində yaşayan 1983-cü il təvəllüdlü Abbasov Zamiq Abbas oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


28 yaşlı oğlanın ifadəsi alınarkən onun ticarət mərkəzində baş vermiş dava zamanı döyüldüyü məlum olub. A.Abbasov bildirib ki, tanımadığı 4 nəfər tərəfindən döyülüb.
İlkin məlumata görə, dava zamanı A.Abbasov da tək olmayıb. Hazırda xuliqanlıq hadisəsini törətmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!