29 May, 2015
Krım türklərinin liderinə cinayət işi açıldı

Rusiya Federal Təhqiqatlar Xidməti Krım Tatar Məclisinin lideri Refat Çubarova qarşı cinayət işi açıb.

Simsar.az xəbər verir ki, bu açıqlama ilə Krımın prokuroru Natalya Poklonskaya çıxış edib.

Onun sözlərinə görə, Çubarov ölkənin ərazi bütövlüyünün dəyişdirilməsi ilə bağlı çağırışlarda günahlandırılır.

Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən anneksiya edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!