29 May, 2015
ATƏT sədri Azərbaycana gəlir

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiç Azərbaycana səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, səfər 31 may-1 iyun tarixində baş tutacaq.

Səfər çərçivəsində İ. Daçiçin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!