29 May, 2015
Gürcülər Bakıda “Payatsi” oynayacaq

İyunun5-daAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rudjero Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcək. Sənət ocağından Simsar.az-a verilən məlumata görə, teatrın rəhbərliyi bu dəfəki tamaşaya Gürcüstanlı opera sənətçilərini də dəvət edib. Tamaşanı B.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının baş dirijoru David Kinsuraşvili idarə edəcək. Əsas rollardan biri olan Kanio partiyasını isə Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

Tamaşada həmçinin Azərbaycanın gənc və istedadlı opera sənətçilərundən Əməkdar Artsist, Prezident mükafatçısı Afaq Abbasova (Nedda), Əməkdar Artist Cahangir Qurbanov (Silvio), solistlər Anton Ferştandt (Tonio), Atəş Qurbanov (Arlekin) iştirak edəcəklər.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!