29 May, 2015
Qrizman və Gündoğan “Bayern” yolunda

Münhen klubu heyətini gücləndirməkdə davam edir.

Simsar.az “Bild”ə istinadən xəbər verir ki, “Bayern” bu dəfə İlkay Gündoğan və Antuan Qrizmana elçi düşüb. İlkayı heyətinə qatmaq üçün “Borussiya Dortmund”la danışıqlar aparan Münhen klubu futbolçuya 3 illik müqavilə təklif edib. Müqavilənin şərtlərinə görə, türk əsilli oyunçu 3 il ərzində 8 milyon avro qazanacaq.

İlkayla yanaşı, Anxel Di Marianı transfer etmək istəyən “Bayern”, hələ ki, argentinalının keçidini təmin edə bilməyib. Buna görə, Madrid “Atletiko”sunun futbolçusu Antuan Qrizmanla maraqlanmağa başlayan “Bundesliqa” klubunun yaxın günlərdə ispanlara rəsmi təklif göndərəcəyi bildirilir.

Vüsal Məmməzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!