29 May, 2015
"Adımızı brend etdik" - "Qala qrupu" nun rəhbəri - FOTO

Simsar.az xəbər ki, 29 may tarixində Azərbaycanın ən populyar musiqi qrupu olan "Qala" 10 yaşını qeyd edir. Qrupun rəhbəri, eləcədə son aylar özünü solo ifaçı kimi də təsdiqləyən bəstəkar-müğənni Ceyhun Əliyev ən xoş günlərində sevincini bizimlə bölüşdü: "Bir göz qırpımında keçən bu 10 il bizim üçün çox məhsuldar oldu. Sevinirəm ki, bu vaxta qədər qrupumuzu qoruyub-saxlamağa müvəffəq olduq.

Təvazökarlıqdan uzaq səslənməsin, görünən odur ki,  biz adımızı brend etdik.

"Qala qrupu" indi daha peşəkar ifaçılarla öz fəaliyyətini davam etdirir. Mənimlə yanaşı müğənni dostlarım  Cavid Qafarov, Ramil Cəfərov musiqili qalamızda öz yerini tutublar. Bu illər ərzində bizə daim yaxından dəstək olan Azərbaycanın əməkdar artisti Ədalət Şükürova şəxsən təşəkkürümüzü ünvanlayırıq.

Komandamız günü-gündən böyüyür. Yaxın qohumum, peşəkar qənnadçı kimi tanınan Bəhruz Qəlbinur, Ə.Şükürovun prodüseri Ulya xanımla birlikdə maraqlı layihələr üzərinə çalışırıq. İnşAllah payız aylarında hesabat konserti ilə çıxış etməyi qarşımıza məqsəd qoymuşuq. Fürsətdən istifadə edib, ad günümüzü təbrik edən bütün dostlarımıza, dinləyicilərimizə var olun deyirəm".

Qeyd edək ki, "Qala qrupu" bu gün Xəzər TV-də Sevil-Sevinc bacılarının təqdimatında yayımlanan "Hər şey daxil" verilişində yubileylərini təmtəraqlı şəkildə qeyd ediblər. Canlı yayımda Azərbaycanın əməkdar mədəniyyət işçisi, sevimli ifaçı Aşıq Samirə də iştirak edib.

Şahin Cavadsoy
Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!