29 May, 2015
Ermənistan ordusunun əsgəri öldü

Ermənistan ordusunun əsgəri, milliyyətcə yezidi kürdü olan Xdr Saroyan ölüb.

Simsar.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, gənc əsgərin ölümünə səbəb xərçəng xəstəliyi olub.

X. Saroyan İrəvan Dövlət Universitetinin ilahiyyat fakültəsinin birinci kursunun tələbəsi idi. Ararat vilayətinin Noramarq kəndinin icra nümayəndəsi bildirib ki, X. Saroyan yanvarın 12-də hərbi xidmətə çağırılıb. Andiçmə mərasimindən az sonra vəziyyəti pisləşən əsgər bir müddət xəstəxanada yatıb. Hərbi xidmətə çağırılanadək onun xəstəliyi haqqında heç kim bilməyib.

İcra nümayəndəsi bildirib ki, X. Saroyan ailənin yeganə oğlan uşağı olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!