29 May, 2015
Gəncədə bina partladı - Yanan var
Gəncə şəhərində yaşayış evində partlayış olub.

Hadisə bu gün saat 15 radələrində şəhərin yeni Gəncə qəsəbəsində 8 mərtəbəli binanın 8-ci mərtəbəsində, mənzil 79-da - Xalid Həsənova  məxsus 4 otaqlı evdə baş verib. Hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili cəlb edilib. Mənzildə baş verən partlayış zamanı orada işləyən usta ağır yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

APA

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!