29 May, 2015
Günay İbrahimli: “Əlimin dadından doymaq olmaz”

Radio Space 104 FM-in növbəti “yAnar” saatın növbəti qonaqlığını müğənni Günay İbrahimli verdi. Simsar.az xəbər verir ki, bu dəfə “Doydum” şouda Günay Füzuli mətbəxini nümayiş etdirdi. Aparıcı Anarın təbirincə desək, verilişin havayıyeyənləri qismində prodüser Tamilla Hüseynəliyeva, aparıcı Samir Bayramlı, müğənni Əbdül Xalid iştirak edirdi. Günay ilk addımda özünəməxsusluğunu nümayiş etdirdi. Efirin qablarından yararlanmaq istəməyən Günay qonaqları üçün xüsusi süfrə və qab dəstləri ilə gəlmişdi. Bu barədə Günayın prodüseri danışdı: “Sstudiyada süfrə və qab dəstlərinin olmasından xəbərsiz idik. Burda bilmişik ki, süfrənin Musiqili Teatrın direktoru direktoru Əliqismət Lalayevin hədiyyə edib. Bunu əvvəlcədən bilsəydik heç evdən qab və süfrə gətirməzdik”. G. İbrahimlinin süfrəsi rəngarəngliyi ilə seçildi. Müğənni bu işdə ona prodüserinin kömək etdiyini açıqladı. “Doydum şou”nun əvvəlki qonaqlığında uğursuz süfrə hazırlayan Günay bu dəfə səhvini düzəldib. Onun süfrəsində pendir növlərindən tutmuş, toyuq, tikə kabab, antrkot, qozlu kabab, ət qutabı, tabaka, mimoza, paytaxt, manqal salataları dadları ilə də seçilirdi. Süfrədən şirələr, meyvələr və şirniyyat da əskik deyildi. Müğənni yemək bişirməyi sevdiyini də gizlətmədi: “Bu süfrədə olan bütün yemək və salatları hazırlamağı bacarıram. Ümumiyyətlə, mətbəxi sevirəm. Sadəcə vaxtım yoxdur. Yoxsa, əlimin dadından doymaq olmaz”. Salatlardan ən çox dadansa Əbdül Xalid oldu. Elə mimozanı bitirən də Əbdül Xalid oldu. Aparıcı Samirsə tabakanın danından doymurdu. Yeməkdən hərdən söhbət etməyə vaxt tapan qonaqlar tez-tez dost məclisi qurduqlarını açıqladılar. Günay belə məclislərdə qeybətdən uzaq oldğuqlarını xüsusi vurğuladı: “Yığışanda domino, loto oynayırıq. Özümüzdən, planlarımızdan danışırq, gülürük”. Toma Günayla olan sirrini açdı: “Günay dedi ki, bəlkə ayrılaq? Dedim, indi yox, 10 ildən sonra. Əlbəttə ki,Günayın əvvəlki prodüseri Təranə xanıma böyük hörmətim var. Amma Günayla mənim işbirliyimiz ”.

Ümidə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!