29 May, 2015
Cəmil Həsənliyə demişəm ki, siz nekroloq komitəsisiniz – Zahid Oruc

“Milli Şura 30 may aksiyasını 19 mayda baş verən hadisə üzərində qurmaqla riyakarlıq edir”.

Simsar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən sonuncu plenar iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, Milli şurada cəmlənən insanların yanğısı ümumilkdə cəmiyyətin yanğısı deyil. Onların yanğısı ayrı yanğıdır: “Əslində yanğın hadisəsi Azərbaycanın keçmişində baş verən fövqəladə hadisə deyil. Bütövlükdə Azərbaycan yanğın içindədir. Bütün social şəbəkə məkanında mitinqlərə gəlməklə bağlı dəvətlət yayımlanır - Bu gün çıxmasanız, nə zaman çıxmayacaqsınız”. “Debatlarda Cəmil Həsənlinin üzünə demişəm ki, siz nekroloq komitəsisiniz. Faciələr üzərindən siyasi hakimiyyət uğrunda mübarizə aparırsınız. Bizim bu cür məsələlərə münasibətimiz bəllidir. Ancaq istəyirəm ki, bir məsələni xüsusi vurğulayım. Dölətin gördüyü işlərlə bağlı danışmağa başlayıblar”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!